Vəkil: “Baş Prokurorluq işgəncə faktı ilə bağlı araşdırmaya başlamayıb”
Oktyabrın 5-də vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fikrət Fəraməzoğlu ilə görüşüb. Bu barədə vəkil özününü “Facebook” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, jurnalist ailəsinə qarşı Dövlət Miqrasiya Xidmətinin təzyiqindən yeni xəbər tutub və çox narahatdır: “Bildirir ki, onu şərləyib həbs edənlər məhz ailəsinə qarşı da bu çirkin əməli edirlər. Məqsəd işgəncələri və həbsin qanunsuzluğu barədə məlumatları ört-basdır etməkdir”.
Elçin Sadıqov bildirib ki, Fikrət Fəraməzoğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı xeyli müddətdir AR Baş Prokurorluğuna müraciət etməyinə baxmayaraq, prokurorluq işgəncə faktları ilə bağlı araşdırmaya başlamayıb. Fikrət Fəraməzoğlu hələ dindirilməyib.