Fikrət Fərəməzoğlu aclıq aksiyasına başlayıb

”Bununla məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz edir”

Source:


”Bununla məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz edir”

“Jam.az” saytının redaktoru, jurnalist Fikrət Fərəməzoğlu aclıq aksiyasına başlayıb. Bu barədə onun həyat yoldaşı Faiqə İbişbəyli “Facebook”-da yazıb. Bu gün onun aclıq aksiyasının ikinci günü olduğunu bildirib:

“Aksiyaya ayın 18-dən başlayıb. Bununla məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz edir. Bunları mənə telefonda deyirdi. Ona görə də danışığımızı yarımçıq kəsdilər. Kimsə “çölə məlumat ötürmə”, – deyə qışqırdı. Təzyiqlər artıq bu həddədir”.

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

O, 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib və həmin vaxt “24 saat” qəzetinin baş redaktoru kimi, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilib. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsibmiş.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlu aclıq aksiyasına başlayıb