Fikrət Fərəməzoğlu 3 aylıq həbs edildi

Baş redaktor hədə-qorxu gəlməkdə günahlandırılır

Source:


Baş redaktor hədə-qorxu gəlməkdə günahlandırılır

İyulun 4-də Nərimanov rayon Məhkəməsi jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu haqqından 3 ay həbs-qətimkan tədbiri seçib. Bu barədə Meydan TV-yə vəkil Nemət Kərimli məlumat verib. Vəkil deyib ki, Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu yolu ilə pul tələbetmə) ilə saxlanılıb: “Hələ qərarı mənə verməyiblər. Müstəntiqlə görüşə bilməmişəm. Bu maddənin niyə verildiyi haqda məlumatsızam”.

3 gündən artıqdır ki, Fikrət Fərəməzoğlu haqqında məlumay yox idi. Həyat yoldaşının mətbuata verdiyi açıqlamaya görə, iki mülki şəxs heç bir məhkəmə qərarı göstərmədən evində axtarış aparıb və Fikrət Fərəməzoğluya məxsus noutbuku götürüblər. Jurnalistin haradan və necə aparıldığı barədə ailəsi məlumatsızdır.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlu 3 aylıq həbs edildi