Fikrət Fəraməzoğlunun həbs müddəti uzadıldı

Jurnalistin barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmədi

Source:
Fikrət Fərəməzoğlu, foto: meydan.tv
Fikrət Fərəməzoğlu, foto: meydan.tv


Jurnalistin barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmədi

Oktyabrın 25-də Nərimanov rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə jurnalist Fikrət Fəraməzoğlunun barəsindəki həbsin 3 ay, yəni 30 yanvar 2017-ci il tarixədək uzadılması barədə müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılıb. Məhkəmə təqdimatı və vəsatəti təmin edib. Beləliklə, Fikrət Fəraməzoğlu barəsindəki həbs-qətimkan tədbirinin müddəti 30 yanvar 2017-ci il tarixədək uzadılıb.

Bu barədə məlumatı jurnalistin vəkili Elçin Sadıqov öz “Facebook” səhifəsində yayıb. Vəkilin sözlərinə görə, Fikrət Fəraməzoğlu barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib, hakim Samir Məmmədov vəsatətə baxıb və təmin etməyib:

“Hər iki qərardan-Fikrət Fəraməzoğlunun barəsindəki həbs-qətimkan tədbirinin 30 yanvar 2017-ci il tarixədək uzadılması və Fikrət Fəraməzoğlu barəsindəki həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi haqqında qərarlardan qanunsuz və əsassız olduqları üçün apellyasiya şikayəti verəcəm”.

Jam.az saytının baş redaktoru F. Fəraməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Oktyabrın 19-da jurnalistə qarşı həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmək ittihamı irəli sürülüb. Vəkil Elçin Sadıxov deyib ki, əvvəlki ittihamla Fərəməzoğlu üçün 3 ildən 5 ilədək həbs gözlənilirdisə, indi əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək həbs gözlənilir.

Ana səhifəXəbərlərFikrət Fəraməzoğlunun həbs müddəti uzadıldı