“Fikir söyləyərkən gərək qarşındakına hörmət edəsən” (VİDEO)


“Azərbaycan Mətbuat Şurasının sədrinin otağı bəlkə yeganə otaqlardan biridir ki, qapısı açıqdır”

Jurnalist Rasim Əliyevin yas mərasiminə qatılan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin suallarını cavablandırıb.

Əflatun Amaşov:

– Hadisə baş verən kimi Mətbuat Şurası hadisələri diqqətdə saxladı. Mütəmadi olaraq müvafiq qurumlarla danışıqlar apardı. Bu hadisə bizi çox üzdü. Mətbuat Şurası bəyanat yayıb və jurnalist Rasim Əliyevin ölümünü pisləyir. Hadisənin hüquqi müstəvidə tezliklə araşdırılmasını tələb edir. Azərbaycan prezidenti cənab İlham Əliyev müvafiq qurumlara məsələ ilə bağlı göstəriş verib. Biz inanırıq ki, tezliklə bu məsələ tam olaraq araşdırılacaq. Günahkarlar haqlı cəzalarını alacaqlar.



Jurnalistlərə qarşı baş vermiş cinayətlər indiyə kimi qapalı saxlanılıb. Nə Rafiq Tağının, nə Elmar Hüseynovun cinayəti açılmayıb. Bahəddin


Həziyevi


, İdrak Abbasovu, Aqil


X


əlili döyənlər tapılmayıb. İnamınız nədən qaynaqlanır?

– Məhz bu hadisənin açılacağına Azərbaycan Mətbuat Şurasının sədri, həm də bir insan kimi inanıram. Mən əminəm ki, qısa zamanda hadisəni törədənlər müəyyənləşəcək.





Mətbuat Şurası


nın üzvləri


döyülən məqamda Rasim Əliyevi ziyarət edib?

– Mətbuat Şurasının sədri Bakıda deyildi. Mən dünən gəlmişəm Bakıya. Dünən günortadan sonra mərhumun ailəsinə baş çəkdik.



Sosial şəbəkələrdəki tənqidlərin və təhqirlərin yazılması halları ölümlə nəticələnə bildiyini göstərdi. Bunun tənzimlənməsi üçün hansısa işlər görülür?

– Ümumiyyətlə, sosial şəbəkə, müxtəlif xəbər portallarının tənzimlənməsi heç bir ölkədə mümkün deyil. Yalnız ümumi prinsiplər var. İnsan zorakılığı, narkotik maddələrin yayılması, terrorizmə çağırış və digər məsələlərə birmənalı şəkildə sosial şəbəkələrdə qadağa qoyulur. Ancaq sosial şəbəkənin tənzimlənməsi məsələsi həmin şəbəkənin, qurumun daxili işi ola bilər. Dünyanın müxtəlif yerlərində kütləvi informasiya vasitələrinin öz nümayəndələri toplaşırlar.Məsələni müzakirə edib, peşə davranış kodeksi hazırlayırlar. Ona uyğun olaraq fəaliyyət göstərirlər. Biz etiraf edək ki, nəinki Azərbaycanda, dünyanın müxəlif yerlərində sosial şəbəkələrdə yazılmış statuslarla bağlı anlaşılmazlıq olur. İnsanlar bu məsələləri hüquqi müstəvidə deyil, zor müstəvisində həll etməyə çalışırlar. Biz elə düşünürük ki, heç bir yazıya görə, xəbər portallarında gedən hansısa fikrə görə, statusun kəskinliyindən aslı olmayaraq insana zor tətbiq etmək, öldürmək düzgün deyil. Ancaq bəzi insanların bilərəkdən-bilməyərəkdən ola bilsin ki, içindəki nifrətinin səviyyəsi yüksək olur. Görürük ki, kifayət qədər alçaldıcı statuslar olur. Bəlkə hansısa sosial şəbəkədə kəskin status yazan şəxs kimisə təhqir edir. Bəlkə onu təhqir etsələr, o dözə bilər. Ancaq insanların dözüm səviyyəsi eyni deyil. Bəzi insanlar ailələri ilə bağlı təhqiramiz xəbərlər görərkən çalışır tamamilə başqa müstəvidə problemi həll etsin. Çox təəssuf ki, bu problem cəmiyyətdə var.



Jurnalist Rasim


Ə


liyevin ölümü ilə bağlı başqa bir versiya var.


RATİ-nin


bəyanatında deyilir ki, Rasim Əliyev Emin Hüseynovun gizlədilməsində iştirak edib. Jurnalistin döyülməsi də məhz


RATİ-nin


bağlanılmasının ildönümünə təsadüf edir. Əslində futbolçu deyildə, siyasi qisasçılıq zəminində jurnalistin öldürülməsi versiyasını necə qiymətləndirirsiniz?

– Bu barədə mənim məlumatım yoxdur. Buna görə də xahiş edirəm ki, hadisələri qabaqlamayın. Hüquq-mühafizə orqanları hadisələrə tam aydınlıq gətirsin, daha sonra siz öz versiyanızı irəli sürərsiniz.




Bu


,


mənim versiyam deyil, R


ATİ


-nin bəyanatında yazılıb.

– Mən həmin bəyanatla tanış deyiləm. RATİ hüquq-mühafizə orqanlarının çıxardığı qərarla razılaşmasa, öz fikrini bildirə bilər. İnsanlar fikir söyləməkdə azaddırlar.

Söhbət nədən gedir. Fikir söyləmək olar. Fikir söyləyərkən gərək qarşındakina hörmətlə yanaşasan. Əgər insan bacarıqlı olsa, kifayət qədər hadisələrdən başı çıxsa, kifayət qədər etik normalara riayət etsə, sadə sözlərlə qarşı tərəfdəki o pis əməlli, sevmədiyi insanı əridə bilər. Nəinki onların ailəsinə sataşasan, onu küçə söyüşü ilə təhqir edəsən.



Siz bununla nəyi nəzərdə tutursunuz? Kim kimi təhqir edib?

–  Mən burada heç kimi nəzərdə tutmuram.



Ümumi danışmayaq, əgər danışırıqsa, zəhmət olmasa, konkret danışaq. Sizcə, öləndir günahkar, ya öldürülən?

– Status necə kəskin olursa-olsun heç bir status sahibinə təzyiq etmək məqbul deyil. Biz bu məsələni ciddi olaraq pisləyirik.



Son günlər jurnalistlərə qarşı təzyiq metodları var. Açıq məhkəmələrə jurnalistlər buraxılmır. Məhkəmələr önündə jurnalistlərə fiziki təzyiqlər olur. Siz bu prosesləri izləyirsiz? İzləyirsizsə, fəaliyyətsizlik göz önündədir.

– Son üç olay – kiminsə Ağır Cinayətlər Məhkəməsi ilə üzbəüz binanın damına çıxıb çəkiliş etməsi, məhkəmədən çıxarkən jurnalistlərlə olan bəzi məqamlar və sonuncu Rasim Əliyevin öldürülməsi məsələsi. Siz düşünün, bu, istər Parisdə, istərsə də Londonda baş versin, əgər kimsə sənədsiz çıxsa binanın damına, icazə verməzlər.



Məhkəmə açıq keçirilir, lakin jurnalistləri buraxmırlar. Hakimiyyət mediasının buraxırlar, amma müstəqil jurnalistləri buraxmırlar.


S


iz


isə


bununla bağlı bəyanat verməmisiz…

– O başqa məsələdir. Mənə elə gəlir ki, bu məhkəmənin çıxardığı qərarla bağlıdır. Məhkəmənin keçirilməsi prosesində neçə nəfər iştirak edir.



Yəni “


APA


-dan gəlsin, Meydan tv-dən gəlməsin” deyir məhkəmə?




Mən düşünürəm ki, əgər məhkəmə qapalıdırsa, hakim orada gözləməlidir ki, prosesdə müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilsin.



Sizin məhkəmə proseslərinə təsir imkanınız nə qədərdir? Siz desəz ki, jurnalistlər prosesə buraxılsın, dövlət orqanları sözünüzə qulaq as


a


rlar?




Dünyanın heç bir yerində məhkəməyə heç bir rəsmi qurum müdaxilə edə bilmir. Məhkəmə azaddır.



6-7 aydır Leyla


Yunusun,


Xədicə İsmayılın məhkəmə prosesləri gedir. Nəyə görə


M


ətbuat


Ş


urası məhkəmənin önündə monitorinq aparmır?Jurnalistlərə diqqət etmir ki, onlar hansı vəziyyətdə işləyirlər?

– Düz deyirsiz, Mətbuat Şurası həmin məhkəmələrlə bağlı monitorinq aparmır. Bizim monitorinqimiz yalnız kütləvi informasiya vasitələrinin materialları əsasında olur. Biz müvafiq qurumlarla əlaqə saxlayırıq. İcazəli və ya icazəsiz aksiyalar zamanı Mətbuat Şurası monitorinq qrupunu aksiya yerinə göndərir. Məqsədimiz ondan ibarətdir ki, jurnalistin həmin yerdə informasiya toplamasına heç nə mane olmasın.



Biz bunu heç vaxt görməmişik. Hazırda jurnalist Pərviz Həşimli, Seymur Həzi, Xədicə İsmayıl həbsdədir. Həbsdə olan jurnalistlərlə bağlı nə düşünürsüz?


Hər dəfə beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları, mətbuat azadlığının kobud şəkildə pozulma


s


ını tənqid edir. Nəyə görə bu qədər münbit şərait yaranıb ki, jurnalistlərin peşə fəaliyyətinə müdaxilə edirlər?

– Yəqin ki məhkəmələrdə olursuz. Məhkəmədə irəli sürülən iddiaları görürsüz. Mətbuat Şurası da həmin prosesləri izləyir. Biz məhkəmələrin son qərarlarını gözləyirik.



Məhkəmə proseslərini


APA


-dan izləyirsiz, yoxsa nümayəndə göndərirsiniz?

– Mətbuat Şurası çox nadir hallarda məhkəmələrə öz nümayəndəsini göndərir.



Hansı mətbuatdan izləyirsiz?


Deyin, b


iz





bilək siz kimə etimad göstərirsiz….

–       Deyək ki, Azərbaycanda Mətbuat Şurasının üzvləri müəyyən prinsiplərə görə olur. Azərbaycanda fəaliyyət göstərən siyasi yönündən asılı olmayaraq bütün mətbuat nümayəndələri hətta “Yeni Azərbaycan”, Yeni Müsavat”, “Azadlıq” və digər kütləvi informaiya vasitələri Mətbuat Şurasının üzvləridir. Ancaq mən belə düşünürəm ki, məhkəmə prosesinə qurumların müdaxiləsi yersizdir.



Siz Azərbaycan məhkəmələrini ədalətli sayırsız?




Mən Azərbaycan məhkəmələrini müstəqil sayıram.



Seymur Həziyə, Pərviz Həşimliyə verilən hökm qərarını dəstəkləyirsiz? Nəzərə alaq ki, hamısıda sizin sədrlik dövrünüzdə baş verib.Siz bu müddət ərzində öz fəaliyyətinizi faydalı hesab edirsiniz?

– Azərbaycan Mətbuat Şurası kifayət qədər faydalı qurumdur. Mətbuat Şurasının üzərinə düşən missiya kifayət qədər aydın və konkretdir. Bizim vəzifəmiz ondan ibarətdir ki, mətbuatla cəmiyyət arasındakı münasibətləri tənzimləyək. Mətbuat Şurasının bununla bağlı şikayət üzrə komissiyası var. Şura jurnalist-cəmiyyət nümayəndələri arasında münasibətləri tənzimləyir. Bu bizim əsas missiyamızdır, nizamnaməmizin baş maddəsidir. Şura yaranandan etibarən 50 mindən çox şikayət gəlib.



Nizamnamənin 4-cü maddəsində yazılır ki, jurnalist fəaliyyətinə təsir edəcək mükafatlardan, pulsuz xidmətlərdən və medallardan imtina etməlidir. Ancaq Mətbuat Şurasının üzvləri o mükafatları alırlar…

– Çox sağ olun. Siz imkan verin ki, başqaları da söhbət etsin.



Bizim söz azadlığımız var. Deyəsən biz azadlıqlardan danışırıq…

– Əgər siz məndən müsahibə almaq istəyirsinizsə, bir gün əlaqə saxlayın.



Sizi tapmaq çox çətindir.Telefonunuza da heç vaxt cavab vermirsiz.

– Azərbaycan Mətbuat Şurasının sədrinin otağı bəlkə yeganə otaqlardan biridir ki, qapısı açıqdır. Kim istəyir Mətbuat Şurasının sədri ilə görüşə bilir. Bir müddət bundan əvvəl belə fikir var idi ki, Azərbaycanda kütləvi informasiya vasitələrinə yardım edirlər, Dövlət Dəstəyi Fondu yaradılıb. Ancaq belə fond dünyanın hər bir yerində var. Avstriyada da var, büdcəsi KİV-in büdcəsindən çoxdur. Jurnalistlərin sosial məsələləri ilə bağlı…  Burada da mən sizinlə razı deyiləm. Jurnalistlərin müəyyən adlara layiq görülməsi ilə bağlı… Burada da mən sizinlə razı deyiləm.



Mən sizin nizamnamənizdən danışıram. Bu, mənim şəxsi fikrim deyil.

– Mən sizin və hamının bu sahədə söylədiyi fikirlərə hörmətlə yanaşıram.



Sizin işiniz dəfndən-dəfnədir, yoxsa ölümün qarşısını almaqdır?

– Allah heç kimə vaxtsız ölüm qismət eləməsin. Əgər hadisələr baş verirsə, onun qarşısını almaq lazımdır.



Mətbuat Şurası olaraq jurnalistin ölümü ilə bağlı hansı addımları atacaqsız?




Biz mütəmadi olaraq həm Daxili İşlər Nazirliyi, həm prokurorluqla əlaqə saxlayırıq. Hadisənin gedişini izləyirik.

Ana səhifəVideo“Fikir söyləyərkən gərək qarşındakına hörmət edəsən” (VİDEO)