FİFA Türkiyə və Suriya üçün bir milyon dollar ayırıb

FİFA. Foto: FİFA

Futbol qurumu zəlzələdən əziyyət çəkənlərə yardım edib

FİFA Türkiyə və Suriyaya zəlzələyə görə yardım edib.

Bu barədə məlumatı dünyanın ali futbol qurumun rəsmi saytı yayıb. FİFA Türkiyə və Suriyada baş verən zəlzələlərə görə 1 milyon dollar vəsait ayırıb.

FİFA, Türkiyə Futbol Federasiyası, Suriya Futbol Assosiasiyası və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.

FİFA-dan vəziyyəti izləyəcəkləri, Türkiyə Futbol Federasiyası və Suriya Futbol Assosiasiyası ilə gələcək tədbirlər üçün əməkdaşlığın davam etdiriləcəyi bildirilib.

Ana səhifəDünyaFİFA Türkiyə və Suriya üçün bir milyon dollar ayırıb