Fidel Kastro vəfat etdi

”İnqilab liderinin razılığıyla onun cənəzəsi yandırılacaq”

Source:
Fidel Kastro foto lenta.ru
Fidel Kastro foto lenta.ru


”İnqilab liderinin razılığıyla onun cənəzəsi yandırılacaq”

Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat edib.

Bu barədə Lenta.ru Prensa Latina agentliyinə istinadən məlumat yayıb. Bildirilir ki, inqilab lideri noyabrın 25-də axşam dünyasını dəyişib.

Dövlət başçısı Raul Kastro qardaşı Fidel Kastronun vəfatıyla bağlı xalqa müraciət edib: “İnqilab liderinin razılığıyla onun cənəzəsi yandırılacaq. Dəfn haqqında yaxın saatlarda məlumat veriləcək”.

Fidel Kastro ötən əsrin 50-ci illərində Fulxensio Batista rejiminə qarşı mübarizəyə başlayıb. 1959-cu ildə inqilabın qələbəsindən sonra ölkəyə rəhbərlik edib. 2006-cı ildə səhhətində problemlər yaranıb və 2 il sonra səlahiyyətlərini qardaşı Raul Kastroya verib. 13 avqustda Fidel Kastronun 90 yaşı qeyd edilib.

Ana səhifəXəbərlərFidel Kastro vəfat etdi