”Fidel Kastro kubalılara azadlıq gətirib, sonra o azadlığı özü oğurlayan tiran idi”

Orlando Lazo
Orlando Lazo
Orlando Lazo
Orlando Lazo


Kubalı yazıçı Orlando Lazo: ”Raul Kasto da hakimiyyəti oğlu Alexandroya ötürmək istəyir”



Bir neçə gün əvvəl Kuba lideri Fidel Castro dunyasını dəyişdi. Onun ölümü bütün dünyada az qala insanları iki cəbhəyə böldü: Fideli Kuba xalqının xilaskarı, əfsanəvi qəhrəmanı hesab edənlərə və Kastronun diktator olduğuna ürəkdən inanalara. Bəs, görəsən kubalılar üçün o, kim idi? Kubada azad düşüncə sahibləri onun dövründə necə yaşaya bilirdilər?



Bu suallarımızın cavabını kubalı yazıçı, bloqqer, fotoqraf Orlando Luis Pardo Lazodan almağa cəhd edirik. Bir neçə hekayələr kitabının müəllifi olan, Orlando Fidel rejiminin təqiblərindən qaçaraq, 2013-cü ildə Kubanı tərk etməyə məcbur olub. İCORN təşkilatını həyatı təhlükədə olan yazarlar üçün “Azad şəhər” layihəsi çərçivəsində Avropada məskunlaşıb və fəaliyyətini burda davam etdirir.


– Orlando, Fidelin ölümü ilə baglı nə hiss edirsiniz?

– Xüsusi heç nə hiss etmədim. Əvvəl necə təhlükə hiss edirdimsə, indi də onu hiss edirəm. Bütün kubalılar ömrü boyu Fidelin ölümünü təsəvvür edib, bu günü gözləyiblər. Buna görə də onun ölümü qəfil, gözlənilməz deyildi. Kədərlisi budur ki, Fidelin ölümü ilə heç nə dəyişmir. Onun rejiminin təsiri illərlər Kubada qalacaq, kubalıların üzərində öz təsirini davam edəcək. Hələ çox nəsillər bu təsirlə yaşayacaq, ən azından hiss edəcək. Yalnız uzun zaman uzaqdakı gəlcək nəsillər bu təsirdən qurtulacaq və o nəsillər artıq yeni kubalılar olacaq.



Siz şəxsən Fidel və onun rejimi barədə nə düşünürsünüz? Kim idi sizin üçün Fidel Kastro? Kuba xalqına azadlıq gətirən qəhrəman, yoxsa diktator?

– Fidel Castro Kuba xalqına azadlıq gətirib, sonra  da o azadlığı öz xalqından oğurlayan tiran idi. Hətta onu qəhrəman kimi tanıyan və sevən insanlara da acımadı. Bu gün mən onun barəsində keçmiş zamanda danışa bildiyimə görə çox xoşbəxtəm. Fidel Kastro və “idi”…Bu sadəcə xoşbəxtlikdir.



Siz bir kubalı uşaq olaraq, necə bir uşaqlıq yaşamısınız? Bu, ona görə maraqlıdır ki, Kubada bir uşağın necə yaşadığı, nələr etdiyini bilmək istərdik.

– Mənim xoşbəxt uşaqlığım olub. Amma bu xoşbəxtlik sırf valideynlərimin, məni özlərinin azadlıq akvariumunda saxlayan ata-anamın xidməti olub. Bu xoşbəxt uşaqlığın mənim vətənim və Fidel rejimi ilə heç bir əlaqəsi yoxdur.



Hakimiyyət Raul Kastroya keçəndən sonra Kubada nəsə dəyişdimi? Vəziyyət daha yaxşı oldu, yoxsa əksinə?

– Raul Kastro heç vaxt azad cəmiyyətə, azad iqtisadiyyata, azad şəxsiyyətə, söz azadlığına inanmayıb. Hakimiyyətə gələn kimi sosial gərginliyi azaltmaq, bütün cəmiyyət üzərində möhkəm nəzarəti əlində saxlamaq üçün bir neçə iqtisadi islahat elədi. Bütün bunlar ancaq öz hakimiyytini möhkəmləndirmək, sonra da ölkəni oğlu Alexandro Kastroya ötürmək üçündür. Bu ailə Kubada hakimiyyəti əbədi olaraq öz əlində saxlamağa çalışır. Kubada sülalə diktaturası hakimiyyətdədir.



Son on ildə kubalılar necə yaşayıb? Onların gündəlik həyat tərzi, vaxtlarını necə keçirmələri maraqlıdır…

– Bu ölkədə aylıq əməkhaqqı 20 ABŞ dollarıdır. Bütün təşkilatlar qanunla Kommunist hökümətinə məxsusdur. Heç bir iqtisadi azadlıq, rifahdan söhbət gedə bilməz. Əhali son dərəcə kasıbdır.



Bəs media və özünüifadə azadlığı ilə bağlı vəziyyət nə yerdədir? Məsələn, kubalılar – jurnalistlər və ya sadə xalq hakimiyyəti rahat tənqid edə bilərmi?

– Nə pis zarafat elədiniz. Milyonlarla kubalını güldürdüyünüz ücün sizə təşəkkür edirəm.



Onminlərlə insanın həbsxanalarda işgəncə altında saxlanması, qətllər barədəki məlumatlar doğrudur, ya mifdir?

– Fidel rejiminin qurbanları haqqında xeyli kitablar yazılıb. Bu kitabların böyük əksəriyyəti tam həqiqəti əsk etdirir. Məsələn, mən sizə İrving Luis Horovitsin “Kuba kommunizmi” kitabını oxumağı tövsiyə edirəm. İnternet üzərindən bir dollar ala bilərsiniz. Problem həm də bundadır ki, Fidel gələndən sonra bütün Avropa intellektualları, amerikalı akademiklər Kubanı tərk etdilər. Kastronun 60 illik hakimiyyəti dövründə baş verənlərin çoxu diqqətdən kənarda qaldı.



Siz həyatınıza təhlükə olduğuna görə Kubadan xaricdə yaşamalısınız. Ölkədən gedə bilmiziniz. Digər kubalı dissidentlərin də bu şansı varmı?

– Kubada məni 3 dəfə həbs ediblər. İndi, sizin sualarınızı cavablandıranda xəbər aldım ki, bir neçə dostum Kubada həbs olunub, onlardan biri də müğənni dostum Danilo Maldonadadır. Orda olanda iş yerimdən çıxarıldım, yazdıqlarıma qadağa qoyuldu, nə tədbirlərdə, nə də KİV-lərə danışmaq imkanım yox idi. Kastro hakimiyyəti bütün fəaliyyətimə qadağa qoymuş, həyatımı darmadağın etmişdi. Necə ki, münlərlə kubalı sənət adamının həm ölkə daxilində, həm ölkə xaricində həyatını darmadağın edir. O ki qaldı digər kubalı dissidentlərin ölkədən çıxmaq şansına, Kuba ilə bağlı 1966-cı ildə imzalanan Bəyannaməyə görə, istənilən kubalı ABŞ-dan sığınacaq istəyə və oturumu bir il ərzində ala bilər. Bu qanun o tottalitar rejimin təqiblərindən qaçmağa çox kömək olur.

Ana səhifəVideo”Fidel Kastro kubalılara azadlıq gətirib, sonra o azadlığı özü oğurlayan tiran idi”