FHN: Yanğın texnikası hadisə yerinə susuz yürüş etmir

”Su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayanıb”

Source:


”Su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayanıb”

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələdə məktəbdə baş verən yanğınla bağlı

məlumat

yayıb.

Bildirilir ki, martın 6-da Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 km məsafədə yerləşən və çətin şəraitli yolu olan rayonun Laza kənd orta məktəbində yanğın baş verib. Yanğın barədə ilk məlumat FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olub. Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, müvafiq olaraq, hər biri 6, 8 və 9 ton su və köpük əmələ gətirən məhlul ilə təchiz olunmuş 3 yanğınsöndürən avtomobili göndərilib. İlk yanğınsöndürmə avtomobili saat 13:55 dəqiqədə hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.

“Çətin yol şəraitində 14 km məsafəni qət etmiş yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayanıb. Təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkələrdə düzgün olmayan məlumatların yayılması və baş verən hadisələrə başqa “don geyindirərək” görülən işlərə kölgə salınmasına cəhd olunub. Belə ki, məktəbin binasında baş vermiş yanğın söndürülərkən yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi prosesi dayanan zaman bəzi şəxslər hadisəni videogörüntüyə alaraq yanğınsöndürən avtomobillərin hadisə yerinə susuz gəlməsi fikrini aşılamağa çalışıblar. FHN bir daha bildirir ki, Dövlət Yanğndan Mühafizə Xidmətinin yanğın texnikaları lazımi odsöndürücü vasitələrlə (su və köpük əmələ gətirən məhlul) tam təmin olunaraq döyüş hesabında saxlanılır. Heç bir halda döyüş hesabında olan yanğın texnikası hadisə yerinə susuz yürüş etmir”.

Məlumatda o da vurğulanır ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsindəki çoxsaylı pozuntularla bağlı həmin məktəbin rəhbərliyinə ötən illər ərzində dəfələrlə xəbərdarlıqlar edilib:

“Bu il yanğından 3 gün əvvəl, məktəb direktoruna yanğın təhlükəsizliyi sahəsində inzibati xətaya yol verdiyi üçün 3 mart 2018-ci il tarixli 0000532 saylı protokol tərtib edilib”.

Martın 6-da axşam radələrində Qəbələnin Laza kənd məktəbinin binası yanıb. Yanğınla bağlı videogörüntülər yayılıb. Həmin görüntülərdə kənd sakinləri bildiriblər ki, əraziyə susuz gələn FHN-in yanğınsöndürmə qüvvələri məktəbin yanmasını kənardan seyr ediblər. Məktəb binasının qəsdən yandırıldığını iddia edən kənd sakinləri deyir ki, rəsmi qurumlar onları Lazadan köçürmək istəyir. Bununla bağlı sakinlər bir neçə dəfə Qəbələ rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyaları da keçiriblər.

Laza İlham Əliyevə görə boşaldıldığı bildirilən Küsnətin qonşu kəndidir. Qəbələnin Küsnət kəndində isə Əliyevin qeyri-rəsmi iqamətgahı yerləşir.

Ana səhifəXəbərlərFHN: Yanğın texnikası hadisə yerinə susuz yürüş etmir