“Onun qollarını bağlayıblarmış”
Mayın 23-də Fövqəladə Hallah Nazirliyinin Biləcəridə yerləşən hərbi hissəsində xidmət keçən 23 yaşlı əsgər Babaşov Tapdıq Əlizaman oğlu həlak olub.
Məlumatı əsgərin yaxın qohumu, müsavatçı Cavid Hacıbəyli Facebookda paylaşıb.
Cavid Hacıbəyli bildirib ki, Tapdıq Babaşov hərbi xidmətə Qobustan rayon hərbi komissarlığından çağırılıb: “Tapdıq BDU-nun tarix fakultəsini bitirmişdi. Əsgərliyə getmək üçün o qədər həvəsli idi ki… Guya deyirlər ki, 4-cü mərtəbədən yıxılıb”.
Qohumunun öz əcəli ölməsini şübhə altına alan C.Hacıbəyli Tapdıq Babaşovun qollarında kəndir izləri olduğunu yazıb: “Onun qollarını bağlayıblarmış”.