FHN: Bərdədə ev yanıb, 6 yaşlı qız ölüb

Yanğında xəsarət almış ana xəstəxanaya yerləşdirilib

Source:


Yanğında xəsarət almış ana xəstəxanaya yerləşdirilib

Yanvarın 15-də Bərdə rayonunun Güloğlular kəndində baş vermis yanğında 6 yaşlı qız həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına

görə

, ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

“Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb” – məlumatda bildirilir.

Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ müxbirinə verilən məlumata

görə

, yanıq xəsarəti ilə xəstəxanaya çatdırılan 1991-ci il təvəllüdlü Novruzova Zümrüd Sirac qızının müalicəsi davam etdirilir. Z. Novruzova hadisə zamanı ölən 6 yaşlı Novruzova Ruqiyyə Samir qızının anasıdır.

Rayon Polis Şöbəsindən bildirilib ki, Z. Novruzovanın həyat yoldaşı Novruzov Samir Xəyyam oğlu işləmək üçün Dağıstan Respublikasına gedib.

Ana səhifəXəbərlərFHN: Bərdədə ev yanıb, 6 yaşlı qız ölüb