Fəxrəddin Abbaszadə Moskvada saxlanılıb

Fəxrəddin Abbaszadə

Fəxrəddin Abbaszadə

Məhkəmə 1 aylıq həbs qərarı çıxarıb

Özünü "Talış Milli Hərəkatı" adlı qurumun sədri kimi təqdim edən Fəxrəddin Abbaszadə sentyabrın 6-da Moskva vilayətinin Lyuberets şəhərində saxlanılıb.

Rusiya mətbuatının məlumatına görə, Azərbaycan hüquq-mühafizə orqanlarının separatçı kimi barəsində axtarış elan etdikləri Fəxrəddin Abbasova (Aboszadə) qarşı Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri irəli sürülüb.

Bildirilib ki, Lyuberets Şəhər Məhkəməsinin hakimi İ.A. Juravleva Fəxrəddin Abbaszadə haqqında bir aylıq həbs qərarı çıxardıb.

Fəxrəddin Abbaszadə barəsində cinayət işi bu ilin 12 iyulunda Səbail Rayon Məhkəməsinin qərarı ilə açılıb. İki gün sonra onun haqqında axtarış elan edilib.

Rəsmi məlumatlara görə, 1956-cı il təvəllüdlü, Fəxrəddin Abbaszadə 1993-cü ildə separatçı "Talış Muğan Respublikası"nın parlament sədri olub. 1994-cü ildə Azərbaycanı tərk edib.

2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Müxtəlif vaxtlarda Rusiya və Ermənistan televiziyalarında Azərbaycana qarşı çıxışları ilə yadda qalıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pfsqhn

Ən çox baxılan