Fevralın son günü 369 adam koronavirusa yoluxub

Mənbə: Meydan TV

“17 xəstə vəfat edib”

Fevralın 28-də Azərbaycanda 369 adam COVID-19 infeksiyasına yoluxub, 1090 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 17 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 785 min 670 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 765 min 373 nəfər müalicə olunaraq sağalıb, 9417 pasiyent ölüb. Aktiv xəstə sayı 10 min 880 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3860, bu günə qədər isə 6 milyon 554 min 964 testin icra olunduğu göstərilib”.

Ana səhifəSağlıqFevralın son günü 369 adam koronavirusa yoluxub