Fevralın 23-dən hava mülayimləşəcək

Bu gecə Bakıda şaxtalı hava şəraiti ilə bağlı yollar buz bağlayacaq

Source:


Bu gecə Bakıda şaxtalı hava şəraiti ilə bağlı yollar buz bağlayacaq

Fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, bu gün gündüz saatlarından Qərb bölgəsindən başlayaraq yağıntılar kəsəcək. Sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.

Bu gecə Bakıda şaxtalı hava şəraiti ilə bağlı yollar buz bağlayacaq.

Azərbaycan sinoptikləri fevralın 20-dən Azərbaycanda qeyri-sabit, soyuq hava şəraitinin hökm sürəcəyi barədə xəbərdarlıq etmişdi. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.

Ana səhifəXəbərlərFevralın 23-dən hava mülayimləşəcək