Fevral ayı üçün hava proqnozu açıqlandı

Havanın temperaturunun iqlim normasına yaxın olacağı bildirilir

Source:


Havanın temperaturunun iqlim normasına yaxın olacağı bildirilir

Fevralda aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayı üçün proqnozunu

açıqlayıb

.

Proqnoza görə, fevralda Azərbaycanda havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 4-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 2-7, bəzi günlərdə 10-15, dağlarda 16-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Ana səhifəXəbərlərFevral ayı üçün hava proqnozu açıqlandı