Fətullah Gülənlə əlaqədə şübhəli bilinən daha 57 nəfər saxlanılıb

”Saxlananlar İstanbul birjasının keçmiş əməkdaşlarıdır”

Source:


”Saxlananlar İstanbul birjasının keçmiş əməkdaşlarıdır”

Türkiyədə İstanbul birjasıyla əlaqədar aparılan istintaq çərçivəsində 50-dən çox adam saxlanıb.

“Anadolu” xəbər agentliyi yazır ki, ölkənin altı bölgəsində cəmi 57 nəfər saxlanıb. Onlar ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənlə bağlılıqda şübhəli bilinirlər.

Daha əvvəl “Haberturk” qəzeti yazmışdı ki, saxlananlar Borsa İstanbulun – İstanbul birjasının keçmiş əməkdaşlarıdır. İyulda prezident Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş cəhdindən sonra işlərindən uzaqlaşdırılıblar.

Ankara Güləni həmin cəhdin arxasında durmaqda ittiham edir və ABŞ-dan onun ekstradisiyasını istəyir. Gülən isə  ittihamları rədd edir.

Ötən iyuldan bəri on minlərlə adam həbsə atılıb. 140 mindən çox dövlət qulluqçusu, akademik işdən çıxarılıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Fətullah Gülənlə əlaqədə şübhəli bilinən daha 57 nəfər saxlanılıb