“Fəryad II” filminin çəkilişləri başa çatıb

Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

Source: Specify Source


Film İkinci Qarabağ müharibəsinə həsr olunub

“Həyat, deyəsən, gözəldir” (Fəryad II) filminin çəkilişləri başa çatıb.

“Azərbaycanfilm” kinostudiyasının PR meneceri Lətif Lətifsoy Meydan TV-yə açıqlamasında bildirib ki, tammetrajlı bədii filmin çəkilişləri iki ay ərzində Hadrutda, Xızıda, Bakıda və Abşeronda aparılıb.

İkinci Qarabağ müharibəsinə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayevdir.

Filmdə əsir götürülmüş erməni əsgərləri arasında iki qardaş var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

İlkin işçi adı “Fəryad II” olan filmin, ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur.

Baş rolda Hikmət Rəhimov, rollarda Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.

Hazırda montaj psrosesində olan “Həyat, deyəsən, gözəldir” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır.

dsc02550.jpg
Filmin çəkiliş meydançası

İlk “Fəryad” filmi isə 1993-cü ildə çəkilib.

Film Birinci Qarabağ müharibəsinə həsr olunub.

Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.

Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

Filmin ssenari müəllifi Vaqif Mustafayev, rejissoru Ceyhun Mirzəyevdir. “Fəryad”da Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov, Fərəc Fərəcov çəkilib.

Ana səhifəMədəniyyət“Fəryad II” filminin çəkilişləri başa çatıb