“Fəryad” filmindəki baş qəhrəmanın prototipi evində ölü tapıldı

Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tək yaşayırmış

Source:


Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tək yaşayırmış

Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən məşhur “Fəryad” filmindəki baş qəhrəmanın prototipi, keçmiş döyüşçü Mehman Hüseynov mayın 11-də evində ürək çatışmazlığından dünyasını dəyişib.

Bu barədə mərhum döyüşçünün dostu Nazim Bayram öz Facebook səhifəsində məlumat verib.


Nazim Bayram yazıb ki, Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tək yaşayırmış. Elə ötən gecə mənzilində də vəfat edib. Onun meyitini dostları aşkar ediblər.

“Feysbukda son paylaşımı 7 saat əvvəl olmuşdu. 20 dəqiqə əvvəl xəbəri eşidən kimi onun telefonuna zəng etdim. Dostu qaldırdı. Dedi, telefona cavab vermirdi, narahat oldum, polislə gəldik, qapını sındırıb, evə keçdik və Mehmanı keçinmiş halda gördük…”,-deyə Nazim Bayram yazıb.

Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində – Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb.

Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı “Fəryad” filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.

Ana səhifəXəbərlər“Fəryad” filmindəki baş qəhrəmanın prototipi evində ölü tapıldı