Fermerlərə 82,3 milyon subsidiya veriləcək

Sentyabrın 8-də kənd təsərrüfatı naziri İlham Quliyevin başçılıq etdiyi Kənd Təsərrüfatı subsidiyaları üzrə Respublika Komissiyası əkinçiliklə məşğul olan fermerlərə subsidiyalar verilməsi barədə qərar qəbul edib

Foto: arxiv
Taxıl

Subsidiyaların ümumi ölçüsü 82 mln. 372,6 min manat təşkil edib.

Bu barədə komissiya məölumat yayıb. Turan yazır ki, 385 247 subyekt yanacaq istifadəsinə və 1 mln. 231 min 262,2 ha əkin sahəsində buğda, çəltik, pambıq və tütün əkininə görə subsidiya alacaq.

Hökumətin qərarına görə, 2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlərə 1 ha üçün 50 manat veriləcək. Buğda, çəltik, pambıq və tütün əkənlər hər ha üçün əlavə olaraq 40 manat alacaqlar.

Subsidiyaların “Kapital Bank” ASC-nin rayon filialları vasitəsilə plastik kartlarla fermerlərə ödənilməsi üçün sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

Ana səhifəXəbərlərFermerlərə 82,3 milyon subsidiya veriləcək