Fərman Ceyranlının ailəsi açıqlama yaydı

”Hadisə qaraciyər köçürülməsi əməliyyatı ilə bağlıdır”

Source:
Fərman Ceyranlı


”Hadisə qaraciyər köçürülməsi əməliyyatı ilə bağlıdır”

Gürcüstanda yaşayan azərbaycanlı cərrah

Fərman Ceyranlı

nın ailəsi onun həbsi ilə bağlı açıqlama yayıb.

Həkimin qızı Lalə Hüseynlinin “Facebook” səhifəsində yaydığı açıqlamada deyilir ki, Fərman Ceyranlı “Lancet” klinikasinin təsisçilərindən biridir və sözügedən klinikada baş həkim vəzifəsində çalışmayıb:

“Hazırda atam Fərman Ceyranlı məhkəmə prosesi müddətində təxminən iki aylıq (40-50 günlük) saxlanılıb. Baş verən hadisə ötən ilin, yəni 2016-cı ilin aprel aylarında keçırılmış olan qaraciyər köçürülməsi əməliyyatı ilə bağlıdır. Xəstə əməliyyat sonrası 10 gün müddətində yaşayıb və sonradan xəstənin bədəni transplantant olunan orqanı qəbul etmədiyi üçün vəfat edib. Bununla yanaşı orqan verən donor hazırda saglamdır.

Əməliyyat keçirilən zaman “Lancet” klinikasının orqan köçürmə əməliyyatları üçün lisenziyası mövcud idi. Lakin əməliyyat aparan həkim Mircəlal Kaziminin lisenziya müddəti bitmiş olub. Bunun yoxlanılması və əməliyyata icazə verilməsi, sənədləşmənin aparılması baş həkim və klininkanın hüquqşünasının səlahiyyətində olub. Qeyd etdiyim kimi, Fərman Ceyranlı sadəcə olaraq təsisçilərdən biridir və bu kimi vəzifə və səlahiyyətləri icra etməyib.

Eyni zamanda mediada qeyd olunan “Lancet” klinikasının əməliyyat aparan həkimi türk həkim kimi reklam etməsi xəbərləri yalnış və əsassızdır”.

Məlumatda bildirilir ki, hazırda proseslə əlaqədar araşdırmalar davam edir:

“Ailəlikcə təəssüf edirik ki, bu araşdırma müddətində professor Fərman Ceyranlı həbsdədir.

Mediada gedən yalan və əsassız olan xəbərlərə münasibət bildirmək və müəyyənlik gətirmək məqsədilə bu açıqlamanı yazmağı özümüzə borc bildik.

Bununla yanaşı araşdırma apararaq daha ədalətli yanaşan media nümayandələrinə dostlarımıza və yanımızda olan hər kəsə ayrı-ayrılıqda minnətdarlığımızı bildiririk. ən qisa zamanda ədalətin bərpa olacağına inanırıq”.



Xatırlatma

Mayın 22-də “Lantset” klinikasının təsisçilərindən Fərman Ceyranlı həbs edilib. O, Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur.

F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir, fəaliyyət göstərir.

Tibb Mərkəzində Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrində, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirirlər.

Ana səhifəXəbərlərFərman Ceyranlının ailəsi açıqlama yaydı