Fərman Ceyranlı həbs edilib

”Lantset” klinikasının təsisçisinə bu gün rəsmi ittiham irəli sürüləcək

Source:
Fərman Ceyranlı foto sosial şəbəkə


”Lantset” klinikasının təsisçisinə bu gün rəsmi ittiham irəli sürüləcək

Mayın 22-də “Lantset” klinikasının təsisçilərindən Fərman Ceyranlı həbs edilib.

Məlumatı Gürcüstanın İctimai Televizyasına istinadən

“marneulifm.ge”

 saytı yayıb.

Bildirilir ki, Fərman Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə günahlandırılır.

Cinayət işində iki nəfərin adı keçir. Onların yaxınları “Lantset” klinikasındakı uğursuz ciyər transplantasiyası əməliyyatlarından sonra həyatını itirib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirilib və nəticədə “Lantset” klinikasının lisenziyası dayandırılıb.

Fərman Ceyranlıya rəsmi ittiham mayın 23-də irəli sürüləcək. Hazırda o, Baş Polis İdarəsinin müvəqqəti təcridxanasındadır.

Ana səhifəXəbərlərFərman Ceyranlı həbs edilib