Fərəc Kərimli 6,6 ay azadlıqdan məhrum edildi

“Qanunu ayaqlar altına alan məhkəmədə son söz deməyim bu həbsi sifariş verənlərə şərəf olar”

Source:


“Qanunu ayaqlar altına alan məhkəmədə son söz deməyim bu həbsi sifariş verənlərə şərəf olar”

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimliyə hökm oxunub. Hakim Şəkər Məmmədova siyasi fəalı 6,6 ay azadlıqdan məhrum edib.

Hökmdən əvvəl Fərəc Kərimli çıxış edib. Həbsinin siyasi sifariş olduğunu deyən müsavatçı fikirlərini bu sözlərlə yekunlaşdırıb: “Mən avtoritar rejimə qarşı mübarizəmə görə həbs olunmuşam. Qanunu ayaqlar altına alan məhkəmədə son söz deməyim bu həbsi sifariş verənlərə şərəf olar”.

Fərəc Kərimli həm də Facebook fəalıdır. O, ötən il, iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham irəli sürülüb.“Amnesty İnternational” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəXəbərlərFərəc Kərimli 6,6 ay azadlıqdan məhrum edildi