Azərbaycan Feminist Hərəkatı “Qadın qətllərinə dəstək” ordeni təsis edib. Mükafatın ilk qalibi Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub.
4 ildir ki, aktiv fəaliyyətdə olan feminist hərəkat ölkədəki qadın problemlərinə diqqət çəkməyə çalışır. Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin isə işıqlandırdıqları heç bir problemin həllinə dəstək vermədiyini deyirlər.
Mükafatda 2022-ci il üzrə qadın qətllərinin və qətlə cəhdlərin siyahısını özündə əks etdirən kitabça və əksər qətllərin cinayət aləti olan bıçaqla simvolizə edilən orden də yer alır.