Fəlakətlərə reaksiya

Azərbaycan və Gürcüstan arasındakı fərq

Source:

Azərbaycanda 19 may 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi və Gürcüstanda 14 iyunda baş verən təbii sel fəlakətinə rəsmilərin reaksiyası, hökumətin gördüyü tədbirləri sizə təqdim edirəm:

1) 19 may Bakıdakı binanın üzünə keyfiyyətsiz, tez alışan ponoplast maddəsinin vurulmasının səbəb olduğu yanğın: 15 ölü, 67 yaralı. Dövlət tərəfindən heç bir rəsmi matəm elan olunmur.

14 iyun Tiflisdə gecə radələrində yağan şiddətli yağışdan sonra baş verən sel fəlakəti: 12 ölü. Yaralı sayı artdığından, dəqiq məlumat yazmırıq. Sel fəlakətindən dərhal sonra, gündüz saat 11:00 radələrinə yaxın Baş nazirin təcili hökumət ilə birlikdə müşavirəsi baş tutur və matəm elan olunur.

2) Bakıda baş verən yanğının səhvi birbaşa hökumətin səhlənkarlığı ucbatından baş verir. Belə ki, binanın fasadlaşdırma işlərinə birbaşa Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir, üzlüklərin gec alışan olmasına və binanın təhvil götürülməsinə isə Fövqəladə Hallar Nazirliyi cavabdehdir.

Tiflisdəki sel fəlakəti təbii hadisədir (dünyanın hər ölkəsində, ən inkişaf etmiş ölkələr belə, selin qabağını almaq üçün tədbir görə bilmirlər) və Kür çayının daşmasından irəli gəlir, burada nə qədər hökumətin səhvi olmasa da, yenə də sakinlər bəzi küçələrə drenaj sisteminin qoyulmaması səbəbindən Tiflis meri David Narmanianın istefasını tələb edirlər.

3) Bakıda baş verən yanğında hadisə yerinə prezident və nazirlər bir gün sonra, hadisə yeri tam təmizlənəndən sonra gəlirlər. Yanğından bir neçə saat sonra prezident İlham Əliyev yol tikintisinin açılışında iştirak edir.

Tiflisdə gecə baş verən sel fəlakətində Tiflis meri David Narmania, Baş nazirin müavini və energetika naziri Kaxa Kaladze, Baş nazir İrakli Garibaşvili və daha adlarını saymadığımız bir çox nazir səhərə qədər xalqla birlikdə palçığın içində işləyir, avtomobil itələyir, evlərə baş çəkir, zooparkdan qaçan heyvanların axtarışında şəxsən iştirak edirlər. (halbuki həmin vaxt ərzində xalqa vəhşi heyvanlar olduğu üçün küçəyə çıxmamaq məsləhət görülmüşdü) Foto faktları sizə təqdim edirəm:

4) Bakıda yanğın hadisəsinə ilk qalmaqallı reaksiya baş nazirin müavini Abid Şərifovdan gəlir. O, jurnalistlərə gülərək müsahibə verir və jurnalistin sualına: “Sizə nə var, alabala edəcək” cavabı verir.

Tiflisdə fəlakətdə baş nazir, baş nazirin müavini, digər rəsmilər hətta gecədən öz tivtter, facebook hesablarında xalqa dayanmadan məlumatlandırır, şəkillər paylaşıb, sualları cavablandırırlar.

5) Bakıda hökumətin müşavirəsindən canlı yayım olmur, sonradan televiziyalar material hazırlayıb verir.

Tiflisdə baş nazirin rəsmi facebook səhifəsi və televiziyalar müşavirəni canlı verir, xalq nəyin müzakirə olunduğunu aydın görür.

6) Bakıda penoplastları sökmək üçün çağırış edən, yanğının günahkarları haqqında yazan bir neçə fəal prokurorluqda və polis orqanlarında dindirilir, hadisə yerinə ilk gün gül qoymağa belə polis müdaxiləsi olur, sonradan izdihamın çox olduğunu görüb icazə verirlər.

Ana səhifəMənim FikrimcəFəlakətlərə reaksiya