“Co Bayden, Ermənistanı qoruyun”
NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Qünter Fehlinger “X” (Twitter) platformasında Ermənistanı NATO-ya üzv olmağa çağırıb.
“Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden, Ermənistanı qoruyun”, – deyə Qünter Fehlinger paylaşımda qeyd edib.
Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.
Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirib.
Bu ilin aprelindən isə Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Azərbaycan bu addımını Ermənistandan qanunsuz silah daşınmasının qarşısını alması ilə izah edib.
Ermənistan isə bu ittihamı qəbul etməyib.
Bu ölkənin rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.