Noyabrın 3-də nazir Səlim Müslümov onları qəbul edəcək
Paytaxtda “Azərinşaatservis” MMC-nin işçiləri etiraz aksiyası keçirir. İşlədikləri halda 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər.
Əmək haqqı ala bilməyən 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işçilərə bildirilib ki, onları gələn həftənin ikinci günü – noyabrın 3-də nazir Səlim Müslümov qəbul edəcək.
Bu barədə nazirlikdən narazı işçilərə noyabrın 2-də məlumat veriləcək və onlar nazirlə görüşə çağırılacaqlar (musavat.com).