Fədayə Laçının həbs müddəti bitdi

Müğənni yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır

Source: Report.az


Müğənni yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır

2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə qatardakı xüsusi vaqondan iki dustağın qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

O, oktyabrın 29-da, səhər saat 8.30-da azadlığa çıxıb. Hazırda Buzovnada evində olduğunu deyən müğənni yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır.

Fədayə Laçın "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib və cəza müddəti başa çatıb.

“Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir", – müğənni jurnalistlərə açıqlamasında deyib.

Ana səhifəXəbərlərFədayə Laçının həbs müddəti bitdi