FED proqnozları doğrultdu

”2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək”

Source:


”2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək”

ABŞ-ın  Federal Ehtiyatlar Sistemi (FED) dekabrın 14-də uçot dərəcəsini proqnozlaşdırıldığı kimi 0,25 faiz qaldıraraq, 1,25 faizlə 1,5 faiz səviyyəsinə çatdırıb.

“Amerikanın səsi” xəbər

verir ki

, bu artım uçot dərəcələrini tarixdə hələ də ən aşağı səviyyədə saxlayır.

FED bu il iki dəfə uçot dərəcəsini artırıb, martın 15-i və

iyunun 14-də

. Bank uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb.

2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

FED-in qərarını “Facebook” səhifəsində şərh edən iqtisadçı Natiq Cəfərli hesab edir ki, qərarın Azərbaycana birbaşa təsiri yoxdur, çünki ölkədə iqtisadi institutlar yoxdur və iqtisadiyyat əmrlə idarə olunur:

“Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edir-edəcək. Məsələn, dekabr ayı Mərkəzi Bankın ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac keçirilib: 5 dekabr – 34 milyon 200 min, 7 dekabr – 55 milyon 050 min, 12 dekabr – 75 milyon 950 min dollar satılb. Yəni ölkədə dollara təlabat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var – 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsi artır, təbii ki, dollara təlabat da yüksəlir. İlin sonu qeyri-leqal qazanılmış manatlar da dollara çevrilir”.

Natiq Cəfərli

İqtisadçı hələ manata ciddi təhlükə olmadığı qənaətindədir:

“Səbəb neft qiymətlərinin yüksək olmasındadır, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq. Bu il bizdə neft hasilatı 6% azalıb, amma qiyməti 35%-ə yaxın artıb, buna görə də hökumət rahat davranır. 2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq”.

Ana səhifəXəbərlərFED proqnozları doğrultdu