FED: Dekabr ayı faizləri artırmaq üçün ən məqbul zamandır

Donald Trampın iqtisadi müşaviri Devid Malpas: Dekabrda keçiriləcək iclasda uçot dərəcəsi artırılacaq

Source:
foto FED
foto FED


Donald Trampın iqtisadi müşaviri Devid Malpas: Dekabrda keçiriləcək iclasda uçot dərəcəsi artırılacaq

ABŞ Mərkəzi Bankı FED-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard (James Bullard), Dekabr ayının faizləri artırmaq üçün məqbul bir zaman olduğunu deyib.

“Marja” xəbər verir ki, Bullard, Donald Trumpın ABŞ-da prezident seçkisində qələbəsindən bu yana iqtisadiyyat barədə fikrini dəyişmədiyini bildirib.

Bullard, “Bizim fikrimiz tək bir faiz artırımı istiqamətindədir. Dekabr ayının bu tək faiz artırımı üçün məqbul bir zaman olduğunu düşünürəm” deyib.

Bullard, digər tərəfdən, “Son məlumatlara baxanda, ÜDM-in artımı üzrə iqtisadiyyatın isindiyini demək lazım olduğunu düşünmürəm” deyib.

Bullardın bu il Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında səsvermə hüququ var.

Richmond FED sədri Jefrrey Lacker isə prezident seçkisini Respublikaçı Donald Trumpın qazanmasının Dekabrda faiz artırma ehtimalını azaltmadığını söyləyib.

Lacker etdiyi çıxışında, FED-in gələn ay faiz artırması ehtimalının hələ də güclü olduğunu ifadə edib.

“Dekabrda yeni bir faiz artırımını müzakirə edəcəyimizə heç şübhə yoxdur”,- deyən Lacker, iqtisadiyyatın sağlamlığı üçün daha yüksək faiz nisbətlərinə ehtiyac duyulduğunu dilə gətirib.

Lacker, həmçinin, ABŞ-ın 45-ci Prezidenti seçilən Donald Trumpın vergiləri aşağı salmağı planlaşdırdığını xatırladaraq, “Əgər bu təşəbbüs həyata keçirilsə, faiz artımında daha sürətli hərəkət etməliyik”,- deyib.

FED-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) növbəti iclası Dekabrın 13-14-də keçiriləcək.

Lacker-ın FOMC-da bu il səsvermə hüququ yoxdur.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) fəaliyyətini ciddi tənqid edib.

Bu barədə məlumatı APA yayıb.

ABŞ-ın CNBC telekanalına müsahibəsində D. Malpas qeyd edib ki, FED-in fəaliyyətinin nəticələri qənaətbəxş deyil. Bununla yanaşı, müşavir qeyd edib ki, tənzimləyici müstəqil siyasət yürüdür. “FED müstəqildir. Lakin problem ondadır ki, tənzimləyicinin nəticələri qənaətbəxş deyil. Bizim iqtisadi artım templərimiz olduqca aşağıdır. Məsələnin dərinliyinə baxmalı və onların nəyi düz etmədiyini anlamalıyıq”, – deyə o izah edib.

O bildirib ki, FED dekabrda keçiriləcək iclasda uçot dərəcəsini artıracaq: “FED dekabrda keçiriləcək iclasda statistik məlumatlara əsaslanacaq. ABŞ-da iqtisadi artım tempinin sürətlənməsinin bütün əlamətləri var”.

Müşavir qeyd edib ki, FED ABŞ-da iqtisadi artım tempinin ləngiməsinə səbəb olan qurumlardan biridir.

D. Malpasın sözlərinə görə, D. Tramp prezidentliyi dövründə kiçik biznesdə məşğulluğun artmasına fokuslanacaq: “Buna tənzimləmənin artırılması və vergilərin azaldılması hesabına nail olmaq olar”.

Ana səhifəXəbərlərFED: Dekabr ayı faizləri artırmaq üçün ən məqbul zamandır