Fazil Mustafa həbslər barədə: Bayram əhval-ruhiyyəsinə kölgə salmaq lazım deyildi

“Bayram keçirən insanlara daha fərqli davranış göstərilməliydi”

Foto: Meydan TV
Fazil Mustafa
Fazil Mustafa


“Bayram keçirən insanlara daha fərqli davranış göstərilməliydi”

ReAL partiyasnın bir sıra üzvləri 28 May Respublika Günü münasibətilə Bakının İstiqlaliyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin şərəfinə qoyulmuş abidənin ziyarət etdikdən sonra həbsə məruz qalıblar.

Belə ki, mayın 29-da partiyanın məclis üzvü Azər Qasımlı Yasamal rayon məhkəməsi tərəfindən polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutkalıq həbs edilib.

Mayın 30-da partiyanın digər üç fəalı Ərəstun Əlizadə (30 sutka), Nəriman Mücahid İsmayıl (30 sutka), Elmin Həmzə (25 sutka) təxmini olaraq eyni ittihamla həbs ediliblər.

Son məlumata görə, Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Binəqədi İnzibati təcridxanasında onunla görüşmək istəsə də, icazə verilməyib. Azər Qasımlıya telefonla əlaqə saxlamaq imkanı da verilmir.

“Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqların təmin olunması barədə” qanunun 15-ci maddəsinə görə şəxsin yaxınları ilə həftədə bir dəfə görüşmək, iki dəfə telefon əlaqəsi saxlamaq hüququ var.

ReAL partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli Meydan TV-yə deyib ki, mayın 31-də həbslər dayanıb.

“Amma dünən və bugün partiyanın fəal üzvləri müxtəlif polis bölmələrinə çağırılaraq izahatları alınıb və xəbərdarlıq edilərək buraxılıblar. Hazırda polis bölmələrinə dəvətlər davam edir, günün sonuna qədər bu gedişat izləniləcək və həbsdəki dostlara humanitar dəstək təşkil olunacaq”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa hesab edir ki, Cümhuriyyət Günü ilə bağlı insanların saxlanılması, polisə çağırılması məsələlərində bir az diqqətli olunmalı və bayram keçirən insanlara daha fərqli davranış göstərilməliydi.

“Əgər kimsə xüsusi olaraq qanunu pozmayıbsa, iğtişaş yaradacaq çağırışlar etməyibsə, polisə gerçək müqavimət göstərməyibsə, daha anlayışlı yanaşıb bayramın əhval-ruhiyyəsinə kölgə salmaq lazım deyildi”.

Fazil Mustafa deyib ki, adamların fəaliyyətində ciddi hüquq pozuntusu yoxdursa, onların azad olunması daha doğru addım olardı.

Ana səhifəXəbərlərFazil Mustafa həbslər barədə: Bayram əhval-ruhiyyəsinə kölgə salmaq lazım deyildi