Fazil Mustafa: Gecəqondularda məskunlaşan insanları bölgələrə qaytarmağın yolları tapılmalıdır

“Əgər bu yardımlar gələn il də davam edərsə, bu məsələyə baxmaq olar”.

Milli Məclis, Foto: Milli Məclis


Deputat hərbçi övladları üçün təminatın yaxşılaşdırılmasını təklif edib

Dekabrın 28-də Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda səngərdə, bölgələrdə əziyyət çəkən, uşağına müəyyən təhsil vermək imkanı olmayan hərbçilərin təminatı yaxşılaşdırılmadır:

“Bu, Bakıda kabinetdən çıxmayan, kresloda oturan hərbçilərə aid deyil. Amma digər kateqoriyadan olan hərbçilərin uşaqları və ailələri üçün infrastrukturu biz təmin etməliyik. Söhbət təkcə müavinət verilməsindən getmir. Sovet dövründə zabitlər, hərbçilər üçün belə infrastrukturlar var idi. Yəni bu uşaqların əqli, mədəni inkişafına nail olmalıyıq. Artıq biz bu uşaqlarla bağlı infrastruktur üzərində düşünməliyik. Hərbçi ailələri, uşaqları üçün müavinətdən başqa yollar tapmalıyıq”.

Deputat bildirib ki, hansısa vətəndaş şəhid və qazilərə yardım işinə qoşula bilər:

“Məsələn, 20 obyektindən birini şəhid ailəsinə bağışlayar, bununla da dövlətə yardım etmiş olar”.

Fazil Mustafa deyib ki, Bakıda gecəqondularda məskunlaşan və işsiz olan insanları bölgələrə qaytarmağın yolları tapılmalıdır:

“Bu insanları təsərrüfata qaytarmaq üçün stimullaşdırıcı tədbirlər görülməlidir. İkincisi, ictimai nəqliyyatla bağlı problem həllini tapmalıdır. Biz kiçik görünə bilən məsələlərin həlli istiqamətində təcili surətdə addımlar atmalıyıq. Üçüncüsü, Hesablama Palatasının təqdim etdiyi rəydə özəlləşdirmə prosesinə yenidən baxmağı təklif edirəm. Bu məsələdə şəffaflıq təmin olunmalıdır”.

fazil mustafa 2504.jpg
Fazil Mustafa

Fazil Mustafa yaşayış minimumu həddində edilən 190 manat yardını məbləğinin də artmalı olduğunu deyib:

“İndi yaşayış minimumu 196 manat olacaq. Buna uyğun olaarq yardımın məbləği artırılsa, yaxşı olar”.

Deputat Tahir Mirkişili bildirib ki, qəbul ediləcək qanun layihəsi 1 yanvarda qüvvəyə minəcək: “Əhalinin həssas təbəqəsinə edilən yardımlar hələ ki, 2020-ci ildə veriləcək. Əgər bu yardımlar gələn il də davam edərsə, bu məsələyə baxmaq olar”.

Ana səhifəSosialFazil Mustafa: Gecəqondularda məskunlaşan insanları bölgələrə qaytarmağın yolları tapılmalıdır