Fazil Mustafa: Ermənistan Rusiyanı saymırsa, bu, şimal qonşumuzun nüfuzuna ciddi zərbədir

“Azərbaycan daha çox diplomatik sferada öz sözünə sadiq olan dövlət olduğunu göstərmək istəyir”.

Source: Meydan TV


"Artıq Rusiyanın qarışmasının heç bir mənası yoxdur"

Prezident İlham Əliyev oktyabrın 11-də Rusiyanın RBK kanalına müsahibəsində bundan sonra atəşkəsin pozulub-pozulmayacağını Ermənistandan asılı olduğunu

deyib

.

Dövlət başçısı bildirib ki, son 30 ilə yaxın müddətdə bu qədər genişmiqyaslı əməliyyatlar olmayıb.

Onun sözlərinə görə, bundan sonra döyüşlərin davam edib-etməməsi Ermənistanın davranışlrından asılı olacaq: "Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi? Ona görə ki, bu gün səhər və dünən, yəni, bu gecə və səhər mənim aldığım məlumata görə, erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib, Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstərib. Yəni onlar Moskvada tərəflərin razılığa gələ biləcəyini başa düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmdə özlərinə qaytarmağa çalışıblar. Buna görə də atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir”.

Prezidentin açıqlamasını Meydan TV-yə şərh edən Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa hazırda faktiki olaraq atəşkəsə əməl olunmadığını və məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü hesab edir.

Fazil Mustafa atəşkəsi Ermənistanın pozduğunu bildirib: “Oktyabrın 11-də Ermənistanın Gəncəni raket hücumuyla vurması o deməkdir ki, atəşkəsi onlar pozdu. Azərbaycan siyasi mənada atəşkəsə əməl etməyə çalışır, amma Ermənistan ordusunun hücumlarını dəf etməyi də dayandırmır. Çünki ermənilərin ifşa olunması üçün atəşkəsə riayət edir. Bütün hallarda da Azərbaycan Ermınistanın Qarabağda revanş götürməsinə də imkan tanımır. Azərbaycan daha çox diplomatik sferada öz sözünə sadiq olan dövlət olduğunu göstərmək istəyir. Digər tərəfdən də Ermənistanın hücumlarını zərərsizləşdirmək üzərində konkret addımlar atır”.

Fazil Mustafa Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyanın oktyabrın 12-də Moskvaya səfər edib Rusiya Xarici işlər naziri Sergey Lavrovdan bölgəyə müşahidəçi göndərməsi barədə istəyini belə qiymətləndirib: “Artıq Rusiyanın qarışmasının heç bir mənası yoxdur. Rusiya qəbul etdiyi qərara hörmətsizlik edən ölkəyə irad bildirməyibsə, Azərbaycanın razılığı olmadan hansısa addım atmasının mənası qalmır. Onsuz da Rusiyadan Ermənistana gələn dəstək də ciddidir, Moskva artıq özünü tərəf kimi göstərməyə çalışsa da, indiki vəziyyətdə onun prinsiplərinə uyğun deyil. Çünki Moskva razılaşmasında Rusiya bölgədə söz sahibi olan ölkə kimi davranmağa çalışmışdı. Amma bir Ermənistan Rusiyanı saymırsa, yaxud qapalı şəkildə Moskvanın razılığıyla Gəncəni bombalayırsa, bu, şimal qonşumuzun nüfuzuna ciddi zərbədir”.

Ana səhifəSiyasətFazil Mustafa: Ermənistan Rusiyanı saymırsa, bu, şimal qonşumuzun nüfuzuna ciddi zərbədir