Fazil Məmmədovun kürəkəninin biznesi

Baş verənlər gənc iş adamının biznesinə necə təsir edəcək?

Source:
Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova və yoldaşı Əbdül Əliyev
Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova və yoldaşı Əbdül Əliyev

2017-ci ilin avqustunda sabiq vergilər naziri Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova ilə evlənən Əbdül Əliyevin İngiltərədə qurduğu biznes əlaqələrini inkişaf etdirməsi üçün şərait yaranır.

28 yaşlı Əbdül Əliyevin atası Namiq Əliyev isə sabiq vergilər naziri Fazil Məmmədovun müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri vəzifəsində çalışıb.


Eyni zamanda Azərbaycan Güləş Federasiyasının rəhbəri olan Fazil Məmmədov toydan 2 ay sonra naməlum səbəbdən yeni qohum olduğu Namiq Əliyevi Federasiyanın vitse-prezident vəzifəsindən kənarlaşdırıb . Hansı ki, Namiq Əliyev bu vəzifədə 10 ildən çox fəaliyyət göstərib.

5 dekabr 2017-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə Fazil Məmmədov nazir postundan azad edilib. Bundan 1 ay sonra keçmiş nazirin müavini, həmçinin qudası Namiq Əliyev də prezidentin sərəncamı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun adı nazirliyin rəsmi saytında nazir müavinlərinin siyahısından da çıxarılıb.

Namiq Əliyev nazir müavini postuna təyin olunmamışdan əvvəl 1991-ci ildən Respublika Prokurorluğunda prokurorun köməkçisi və digər vəzifələrdə çalışıb.

Fazil Məmmədov
Fazil Məmmədov

Keçmiş nazirin kürəkəni Əbdül Əliyev ilk şirkətini hələ 24 yaşı olarkən İngiltərədə qurmağa başlayıb. Şirkətə məxsus saytın səhifəsində yazılan məlumata görə, “Butarose Limited” şirkətinin başlıca marağı əmlak və biznes işlərinin təkminləşdirilməsinə yönəlib, həmçinin şirkət Azərbaycandakı ticarət şirkətləri ilə olan sıx əlaqələrinə görə ölkəyə tez bir zamanda giriş etməyi təklif edir.

“Butarose Limited” şirkətinin 2016-cı ilə olan hesabatında göstərilir ki, şirkətin bank hesabında 800.000 min İngiltərə funtu olub. Şirkətin eyni zamanda “GrocrHoldings” və “Bridge Street Restaurant Limited” İngiltərədə 2 Jordan Street, Knot Mill, Manchester England M15, 4PY adresində yerləşir. Bu şirkətlərlə yanaşı “Vero İnvestments” və “Optimet Finishing” şirkətləri də onun rəhbərliyi altındadır.

2017-ci ildə Əbdül Əliyev “Bridge Street” restoranının ortağı olan James Murray ilə İngiltərə bankı olan“Barclays Bank”-dan restoranı girov göstərərək naməlum məbləğdə borc kredit götürüb.

Baş verənlərin Namiq Əliyevin oğlu Əbdülün də biznes maraqlarına necə təsir edəcəyini isə zaman göstərəcək.

Ana səhifəXəbərlərFazil Məmmədovun kürəkəninin biznesi