Məsud Kimyai

Mənbə: Foto: arxiv

Başlıq: Məsud Kimyai

Fars rejissor təyyarə qəzasında həyatını itirənlərə görə Fəcr festivalından imtina edib

“Başsağlığı olaraq filmimin festivalda iştirakını istəmirəm”

Fars rejissor Məsud Kimyai ölkəsinə etiraz olaraq Beynəlxalq Fəcr Film Festivalında iştirakdan imtina edib. NTV-nin məlumatına görə, rejissor İran Silahlı Qüvvələri Baş Qərargahının “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin səhvən raketlə vurduğunu etiraf etməsinə bu cür reaksiya verib.

“Xalqım ağır günlərini yaşayır. Mən hər zaman xalqımın yanındayam. Başsağlığı olaraq filmimin (“Khoon shod”, 2019) Beynəlxalq Fəcr Film Festivalında iştirakını istəmirəm. Həmin təyyarədəki insanlar sadəcə sərnişinlər idi”, - Məsud Kimyai bildirib.

Yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfər sərnişin həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 nəfər İran, 63 nəfər Kanada, 10 nəfər İsveç, 4 nəfər Əfqanıstan, 3 nəfər Almaniya və 3 nəfər Böyük Britaniya vətəndaşı var.

İran Silahlı Qüvvələri Baş Qərargahı “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin səhvən raketlə vurduqlarını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5btar5

Ən çox baxılan