Fariz Nəcəfov: “Jurnalistlərin müraciəti çox primitivdir”

“Mən Cavidi tanıyan, onunla bir yerdə işləmiş şəxs olaraq bu cinayətdə iştirak etmədiyinə inanmaq istəyirəm”.

Source:


“Mən Cavidi tanıyan, onunla bir yerdə işləmiş şəxs olaraq bu cinayətdə iştirak etmədiyinə inanmaq istəyirəm”.

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı bir qrup media təmsilçisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib.

Müraciətlə bağlı “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsində bildirib ki, bu, çox primitiv bir müraciətdir. “Qəbələ” klubu məsələ ilə bağlı hadisədən dərhal sonra çox açıq və qəti mövqeyinin əks olunduğu bəyanatla çıxış edib. Bir daha qeyd edirəm ki, məsələnin araşdırılacağı, Cavidin də günahının olub-olmadığını sübut edəcək yer hüquq-mühafizə orqanlarıdır. Biz də hüquq-mühafizə orqanlarının açıqlamasını gözləyirik.

Futbol idman növüdür, meydançada yaşanan sevinc, uğur nə qədər böyük olursa olsun, bir insanın həyatından önəmli deyil, ola bilməz. Baş verən hadisənin bütün günahkarlarının kimliyindən asılı olmayaraq, cəzasını alacağı birmənalıdır. Günahı sübuta yetirilən hər kəs birmənalı olaraq cəzasını almalıdır. Əgər bu hadisədə Cavidin günahı, cinayəti varsa, onun da cəzalandırılacağı şübhəsizdir.

Qanun hamı üçündür və buna hər hansı şərh ola bilməz. Mən isə Cavidi tanıyan, onunla bir yerdə işləmiş şəxs olaraq onun bu cinayətdə iştirak etmədiyinə inanmaq istəyirəm”. Cavid Hüseynova qarşı Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərFariz Nəcəfov: “Jurnalistlərin müraciəti çox primitivdir”