“Yaxın günlərdə” 34 gün “adlı silsilə məqalələrlə həmin məmurun haqqında ifşaedici yazılar və həbsinin əsas səbəblərini dövlət başçısı, media nümayəndələri ilə paylaşacaqdır”
“Nəhayət, bu gün çətinliklə də olsa, Fikrət Fəraməzoğlu ilə görüsdüm. Vəkilimiz Elçin Sadıqovun da bildirdiyi kimi, Baş Prokurorluğun Fikrətin işgəncələrlə bağlı muraciətinə baxmamasından və mənə deportasiya ilə bağlı olunan təzyiqlərdən çox narahatdır”.
Bu sözləri hazırda həbsdə olan jurnalist Fikrət Fəraməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti deyir.
Onun sözlərinə görə, bu təzyiqlər həyat yoldaşına olunan qondarma ittihamı ört-basdir etmək və məni susdurmaq üçündür:
“Ona olunan əsas işgəncələr həbs olunduğu ilk günlərdə məhz icra başçılarının, yüksək vəzifəli məmurların və hətta bir nazirin əleyhinə ifadə almaqdan ötrü olub. Fikrət bildirdi ki, artiq onun qəddarcasına həbsini sifariş edən yüksək vəzifəli generalın kimliyini bilir və yaxşı tanıyır. Həmin məmurun Azərbaycan dövlətinə qarşı olan bütün əməllərindən agahdır və ölkədə hansı obyektlərin, gizli biznesin yürüdüyünü bilir. Yaxın günlərdə” 34 gün “adlı silsilə məqalələrlə həmin məmurun haqqında ifşaedici yazılar və həbsinin əsas səbəblərini dövlət başçısı və media nümayəndələri ilə paylaşacaqdır”
Faiqə Nosrəti deyir ki, ərinin həbsinin əsas səbəblərindən biri dövlətdə vəzifəli adamların əleyhinə ifadə almaqla onları vəzifədən kənarlaşdırıb, öz adamlarını yerlərinə gətirməkdən ibarət olub:
“O, bu adamların əleyhinə ifadə vermədikdə ikinci variant onun saxta ittihamla təqsirləndirmək olub. Fikrət bildirdi ki, onun işgəncələrinə başçılıq edən Kərim Əlimərdanov adlı səxs tərəfindən muxtəlif mənəvi və fiziki işgəncələrə məruz qalıb. Hansı ki, onları mənə deməyə belə utandı və dedi, hələ də baş ağrıları davam edir. Həmin işgəncələr alıinda bildiriblər ki, sən deyəsən kimlə oynadığını bilmirdin və hansı yuklü miqdarda pulun qabağını aldığından xəbərin yox idi? Fikrət Fəraməzoğlu prezidentin qumarxanalarla, əxlaqsızlıq yuvaları ilə bağlı verdiyi sərancama əsasən o yazıları dərc edib və heç də peşman deyil. Sonda qeyd etdi ki, istintaqın saxta olduğuna əsasən və hal-hazırda heç bir istintaq əməlliyatı gedmədiyindən böyük ehtimalla bu qondarma istintaq dövrünü uzadıb və bu işi daha da iyrənc vəziyyətə gətirə bilərlər. Amma onlar yaxşı bilirlər ki, qanunvericiliyə əsasən, bu saxta istintaq dövru bir gün bitməlidir. Kimlərin nələr etdiyi və xalqa, dövlətə nə zərbələr vurduğu aşkarlanacaq əlbət!”