Faiq Əmirlinin şikayəti Avropa Məhkəməsinə gedir

Vəkil AİHM-ə ərizə ilə müraciət edib

Source:


Vəkil AİHM-ə ərizə ilə müraciət edib

Həbsdə olan “Azadlıq” qəzetinin maliyyə direktoru, Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi Faiq Əmirovun hüquqlarını müdafiə edən vəkil Aqil Layıcov sentyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə göndərib. Bu barədə “Turan”-a A.Layıcovun özü bildirib.

Onun sözlərinə görə, şikayətdə həbsin əsassız olması və təqsirsizlik prezumpsiyasının pozulması məsələləri qaldırılır.

F.Əmirov avqustun 20-də öz evinin həyətində saxlanılıb. İki gün sonra Nəsimi rayon məhkəməsi onu dini ədavət salmaq və dini ayinlərin qanunsuz icrası ittihamı ilə 3 ay müddətinə həbs edib.

Ana səhifəXəbərlərFaiq Əmirlinin şikayəti Avropa Məhkəməsinə gedir