Faiq Əmirlinin işi məhkəməyə göndərilib

Vəkil: ”İşlə bağlı istintaq yekunlaşıb”

Source:


Vəkil: ”İşlə bağlı istintaq yekunlaşıb”

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin işi üzrə istintaq yekunlaşıb. İş Səbayel  Rayon Məhkəməsinə göndərilib.

Məlumatı onun vəkili Fəxrəddin Mehdiyev verib. Bildirib ki, o, əsasən CM-in 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 283.1-ci  (KİV-dən istifadə etməklə  milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunur.

Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə CM-in 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb – Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

AXCP F. Əmirlinin həbsini siyasi sifariş sayır. F. Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Ana səhifəXəbərlərFaiq Əmirlinin işi məhkəməyə göndərilib