Faiq Əmirlinin apellyasiya şikayəti təmin olunmadı

Nəsimi rayon məhkəməsi AXCP sədrinin köməkçisinin həbs müddətini daha iki ay uzadıb

Source:


Nəsimi rayon məhkəməsi AXCP sədrinin köməkçisinin həbs müddətini daha iki ay uzadıb

Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin apelyasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Yanvarın 6-da Nəsimi rayon Məhkəməsində F. Əmirli barəsində seçilmiş həbs-qətimkan tədbirinin və istintaqın müddətinin uzadılması barədə istintaq orqanın verdiyi təqdimata baxılıb. Məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbirini və istintaqın müddətini iki ay uzadıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğvi və onun azadlığa buraxılması istənilib.

F. Əmirli Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Ana səhifəXəbərlərFaiq Əmirlinin apellyasiya şikayəti təmin olunmadı