Faiq Əmirli ev dustaqlığına buraxılmadı

Oktyabrın 12-də Nəsimi rayon Məhkəməsində “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirlinin həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Vəkil Aqil Layıc Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirlinin onunla həbs olunduğu dövrdən bəri görüşə bilməməsindən danışıb. O bildirib ki, Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirliyə onunla görüşməməsi üçün prokurorluq tərəfindən qadağa yox imiş.

Avqustun 22-si Nəsimi Rayon Məhkəməsində “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin köməkçisi Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) maddəsi ilə ittiham verilib.

Ana səhifəVideoFaiq Əmirli ev dustaqlığına buraxılmadı