Faiq Əmirli Bakı İstintaq Təcridxanasına köçürülüb

Onun haqqında avqustun 22-də Nəsimi Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib

Source:


Onun haqqında avqustun 22-də Nəsimi Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib

“Azadlıq” qəzetinin maliyyə redaktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli avqustun 23-də Nərimanov Polis İdarəsindən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə məhbusun həyat yoldaşı Lalə Əmirli “facebook”da məlumat paylaşıb.

Faiq Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) üzrə ittiham irəli sürülüb.

Faiq Əmirli haqqında avqustun 22-də Nəsimi Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərFaiq Əmirli Bakı İstintaq Təcridxanasına köçürülüb