21.45. Dekabrın 17-də saat 11.59-da Sabirabad rayon Polis İdarəsinin Qaragüney kənd polis bölməsinin əməkdaşı, polis mayoru Şöhrət Nərimanov Zöhrab Əli Həsənovun atası Əli Həsənovuna zəng etmiş və ondan oğlu, bütün yaxın qohumları barədə məlumat tələb edib.
Bu barədə Əli Həsənov Meydan TV-yə bildirib. Əli Həsənov deyib ki, bu barədə bir neçə gün əvvəl Şirvan Şəhər Polis İdarəsinin təhqiqatçısı Fuad Səmədova bütün məlumatları verdiyini söyləsə də, mayor Nərimanov cavab verib ki, növbəti sorğusuna ehtiyac var: “Çünki oğlumun doğulduğu Sabirabad rayon hüquq-mühafizə orqanlarına da məlumat gərəkdir. Səbəbini soruşsam da, “deyiləsi deyil” cavabını aldım”.
20.55. Dekabrın 13-də saat 20 radələrində Şirvan Şəhər Polis İdarəsinin təhqiqatçısı, baş leytnant Fuad Səmədov və bir neçə çavuş Zöhrab Əli Həsənovun atası Əli Həsənovun yaşadığı mənzilə gələrək onu dindiriblər.
Meydan TV-yə verilən məlumata görə, Əli Həsənova əsas suallar qohumları, xüsusən Almaniyada mühacir həyatı yaşayan oğlu Zöhrab Əli Həsənov barədə olub. Fuad Səmədov onlarda ştrix kodu olduğunu və guya Almaniyanın Bakıdakı səfirliyindən onlara Əli Həsənovun oğlu barədə sorğu gəlib. Səbəb Almaniya hökumətinin Zöhrab Əli Həsənova yaşamaq icazəsi verməsidir.
Ancaq Zöhrab Əli Həsənov Meydan TV-yə bildirib ki, Almaniya hökumətinin Azərbaycan polisi vasitəsilə onun haqqında araşdırma apardığına inanmır: “Polislər həmçinin mənim oxuduğum universitetlərdən və vaxtilə işlədiyim Hacıqabul Rayon İcra Hakimiyyətindən də əhatəli məlumat aldıqlarını bildiriblər. Bütün bunlarda məqsədin guya səfirliyə haqqımda məlumat verməkdir”.
Zöhrab Əli Həsənov bildirib ki, səfirliyin onun haqqında polis vasitəsilə araşdırma aparması insan haqlarına ziddir: “Həm də səfirlik məni niyə ştrix kodlu sənədlə araşdırsın ki? Bunu başqa ad-soyadla araşdıra bilər. Səfirliyin bu yöndə araşdırma aparması tanınmış jurnalist Mirqədirovun Türkiyədən deportasiyasına bənzəyir. Hər halda bu məsələ vəkilim tərəfimdən araşdırılacaq, yəni doğrudan da səfirliyin belə bir sorğu etmək istəyi olubmu?”
Zöhrab Əli Həsənov: “Ş
irvan Rayon Polis
İ
dar
ə
si atama t
ə
zyiq edir”
Hazırda Almaniyada mühacir həyatı yaşayan, Facebookda “Diktaturasız Azərbaycan” səhifəsinin yaradıcısı Zöhrab Əli Həsənovun Şirvan şəhərində yaşayan valideynlərinə təzyiqlər başlayıb.
Amma təzyiqlərdən əvvəl onun valideynlərinin doğulduğu Sabirabad rayonunun Muğan Gəncəli kəndində icra nümayəndəliyi araşdırma aparıb. Və bu barədə Şirvan şəhərinin Polis İdarəsinə məlumat verilib.
Bu barədə Meydan TV-yə məlumat verən Zöhrab Əli Həsənov bildirib ki, icra nümayəndəliyi məlumat topladıqdan sonra şəhər polisinin əməkdaşları atası Əli Həsənovun yaşadığı Şirvan şəhəri Fariz Eynullayev küçəsi, bina 3, mənzil 5 ünvanına gələrək onu arayıblar: “Polislərə atamın evdə olmadığını deyəndən sonra telefon nömrəsi qoyub gediblər. Atam evə gələndən sonra həmin nömrəyə zəng edib, özünü idarənin cinayət axtarış şöbəsinin əməkdaşı kimi təqdim edən Emil Qasımov ondan idarəyə gəlməyi tələb edib. Ancaq atam çağırış vəsiqəsi göndərilməyəcəyi təqdirdə idarəyə gəlməyəcəyini söyləyib. Danışıq bitdikdən sonra Fuad Səmədov adlı polis əməkdaşı zəng edərək atamdan idarəyə gəlməyi tələb edib, amma atam bir daha çağırış vərəqin göndərilməsini xatırladıb”.
Zöhrab Əli Həsənov Facebook-da YAP hakimiyyətinə qarşı uzun müddətdir yazdıqlarına görə yaxınlarının təzyiqə məruz qaldığını bildirib: “Bu hadisə ilk deyil, əvvəllər belə olaylar baş verib, sadəcə, susub gözləmişəm. Ancaq bu dəfə açıq şəkildə təzyiqləri güclənirib yaxınlarım vasitəsilə məni susdurmaq istəyirlər”.
O, qarşılaşdığı təzyiqlə əlaqədar “Sərhədsiz Reportyorlar” təşkilatına və diplomatik korpuslara müraciət etdiyini dedi.