Facebook fəalı Leyla Yunusa və Rəsul Cəfərova azadlıq istədi

Əbdül Əbilovun növbəti məhkəmə prosesi təxirə salındı

Source:


Ə


bd


ü


l


Ə


bilovun n


ö


vb


ə


ti m


ə


hk


ə


m


ə


prosesi t


əxirə


sal


ındı

Avqustun 4-də Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə “Yaltaqlara dur deyək”  səhifəsinin admini Əbdül Əbilovun apelyasiya şikayəti üzrə  növbəti məhkəmə prosesi keçirilib.

Hakim V.Məmmədov bildirib ki, Ə.Əbilovun vəkili Xalid Bağırov  Apelyasiya Məhkəməsinin ilkin baxış qərarından (müdafiə tərəfinin vəsadətlərinin təmin olunmaması, yenidən istintaq aparılmasına ehtiyac olmadığı haqda çıxarılan qərar) Ali Məhkməyə kassasiya şikayəti verib. Ona görə Bakı Apelyasiya Məhkəməsi  işə Ali Məhkəmənin baxacağı müddətədək təxirə salıb.

Facebook fəalı məhkəmədən aparılarkən, ““Azadlıq” qəzetinin bağlanması müstəqilliyimiz üçün təhlükədir”, “Leyla Yunusa və Rəsul Cəfərova Azadlıq! Onlar bizim hüquqlarımızı müdafiə etdikləri üçün həbs olunublar. Repressiyalara son!” şüarlarını səsləndirib.

Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. O, narkotik alverində ittiham olunur. Ailəsi onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir.

Azərbaycan Sülh və Demokratiya İnstitutu Əbdül Əbilovu siyasi məhbus sayır.

Ana səhifəXəbərlərFacebook fəalı Leyla Yunusa və Rəsul Cəfərova azadlıq istədi