Əziz Orucovun vəsatətləri təmin olunmadı

İcraçı direktorun apelyasiya şikayətinə baxılır

Source:


İcraçı direktorun apelyasiya şikayətinə baxılır

Fevralın 6-da Bakı Apelyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda jurnalistin vəkilləri onun zaldakı səs keçirməyən şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsi, məhkəmə prosesinin audio və video yazısına icazə verilməsi haqda vəsatətlər qaldırıblar. Amma vəsatətlər təmin olunmayıb.

Vəkil Cavad Cavadov həmçinin Ə.Orucov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, bu, olmasa belə, məhkəmənin yekun qərarına qədər onun girov müqabilində azadlığa buraxılmasını istəyib. Bu vəsatətlər də rədd olunub.

Müdafiə tərəfinin daha bir vəsatəti isə jurnalistin apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması haqda olub. Vəsatət təmin edilməyib.

Məhkəmə baxışı fevralın 20-nə təyin olunub.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Orucova 6 il həbs cəzası

verib

.

Ə.Orucov ittihamları qəbul etmir. Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Ana səhifəXəbərlərƏziz Orucovun vəsatətləri təmin olunmadı