Əziz Orucovun əfv olunması üçün müraciət olundu

Baş direktorun cəzasının çəkilməmiş hissəsindən azad olunması istənilir

Source:
Əziz Orucov
Əziz Orucov
Əziz Orucov
Əziz Orucov


Baş direktorun cəzasının çəkilməmiş hissəsindən azad olunması istənilir

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması “Kanal 13” İnternet televiziyasının icraçı direktoru Əziz Orucovun əfv olunması üçün prezident İlham Əliyevə və Əfv Komissiyasına müraciət edib.

“Turan”-ın

məlumatı

na görə, müraciətdə Əziz Orucovun növbəti əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilməsi istənilir.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Orucova 6 il həbs cəzası

verib

.

Ə.Orucov ittihamları qəbul etmir. Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Ana səhifəXəbərlərƏziz Orucovun əfv olunması üçün müraciət olundu