Əziz Orucovun apelyasiya şikayəti təmin edilmədi

Vəkil: “Jurnalistin ailəsi ilə əlaqə saxlamasına imkan verilmir”

Source:


Vəkil: “Jurnalistin ailəsi ilə əlaqə saxlamasına imkan verilmir”

Kanal-13″ internet televiziyasının icraçı direktoru, həbsdə olan Əziz Orucovun apelyasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda vəkil Cavad Cavadov çıxış edərək Ə. Orucovun evində axtarış aparılması barədə məhkəmə qərarının qanunsuz hesab edilməsini xahiş edib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara görə, şikayət təmin edilməyib.

İyunun 2-də Nəsimi Rayon Məhkəməsi Ə.Orucovun evində axtarış aparılması barədə qərar qəbul edib. Apelyasiya şikayəti həmin qərardan verilib.

Cavad Cavadov Əziz Orucovun saxlanma şəraiti barədə öz “Facebook” səhifəsinə də yazıb. Onun sözlərinə görə, təcridxanaya gətirldiyi gündən Əziz Orucova “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tələblərinə zidd olaraq telefonla zəng vurmaq, ailəsi ilə görüşmək imkanı verilmirdi:

Bunun səbəbini aydınlaşdırmaq üçün təcridxananın rəsmi şəxslərinə müraciət etdim, şifahi olaraq bildirildi ki, telefon zənglərinə və görüşə qadağa istintaq orqanın qərarı ilə tətbiq olunub, bunun üçün istintaq orqanına müraciət etməyimizi bildirdilər. Bununla bağlı rəsmi müraciətlər edəcəyik. Belə qərar vardırsa, bu, istər yuxarıda göstərilən qanunun tələblərinə, istərsə də İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir və surətini əldə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şikayət verəcəyik”.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərƏziz Orucovun apelyasiya şikayəti təmin edilmədi