“Exxon South Caspian Limited” ABŞ-ın “Exxon Corporation” neft-qaz korporasiyasına daxildir
Baham Adaları Birliyinin “Ekson Saus Kaspian Limited” (“Exxon South Caspian Limited”) şirkəti Azərbaycandakı filialını ləğv edir.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, şirkət bununla bağlı ləğvetmə komissiyası yaradıb.
Kreditorlar iki ay ərzində tələblərini şirkətin filialına ünvanlaya bilər.
“Exxon South Caspian Limited” ABŞ-ın “Exxon Corporation” neft-qaz korporasiyasına daxildir.