İstintaq yekunlaşıb, iş Xaçmaz Rayon Məhkəməsinə göndərilib
Şagirdinə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən məktəb direktorunun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun cinayət işi baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədən Meydan TV-yə bildirilib ki, yaxın günlərdə işə hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə baxılacaq.
1955-ci il təvəllüdlü Gülfəz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia
olunur
.
Hadisədən sonra G.Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.