Qüdrət Həsənquliyev ikincidir
Növbədənkənar prezident seçkilərində “Exit-poll” keçirən təşkilatlar nəticələri elan etməyə başlayıblar.
İlkin olaraq “ELS” Müstəqil Araşdırmalar Mərkəzi nəticələrini açıqlayıb.
Mərkəzin rəhbəri İradə Yaqubova 118 dairədə 300 məntəqədə “exit-poll” apardıqlarını bildirib:
“80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub.Mərkəzin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:
İlham Əliyev – 82,71 %
Qüdrət Həsənquliyev 4.23%
Zahid Oruc 3.7%
Sərdar Cəlaloğlu 3.56%
Hafiz Hacıyev 2.01%
Araz Əlizadə 1.87%
Fərəc Quliyev 1.33%.
Razi Nurullayev 0.92 %
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə keçirdiyi sorğunun nəticələrinə görə, “exit-poll”da iştirak edən 1495 nəfər seçicidən 86,53 faizi Prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 3.10%
Zahid Oruc 2.92%
Sərdar Cəlaloğlu 2.81%
Hafiz Hacıyev 1.73%
Araz Əlizadə 1.21%
Fərəc Quliyev 1.3%.
Razi Nurullayev 0.67 %.
“Opinion Way” Tədqiqatlar İnstitutunun rəhbəri Bruno Janbart bildirib ki, qüsurluluq 1 və 2 faiz arasındadır.
“Opinion Way” Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə səsvermə günü “exit-poll”u 118 dairə üzrə 210 məntəqədə keçirib.
ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya” şirkətinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə prezident seçkiləri üzrə səsvermə zamanı keçirdiyi sorğunun nəticələrinə əsasən, İlham Əliyevə 85,57 faiz səs verilib. Sorğu 14 min seçici arasında keçirilib
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 2.96%
Zahid Oruc 2.92%
Sərdar Cəlaloğlu 2.48%
Hafiz Hacıyev 1.76%
Araz Əlizadə 1.42%
Fərəc Quliyev 1.52%.
Razi Nurullayev ¬1.37%
“Exit-poll” 40 seçki dairəsində keçirilib.
“Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, seçkilərdə hazırkı dövlət başçısı İlham Əliyev 84.49 faiz səslə qalib gəlib.
Mərkəzin rəhbəri Rizvan Abbasov bildirib ki, seçicilərin 72.3 faizi səsvermədə iştirak edib.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 3.72%
Zahid Oruc 3.21%
Sərdar Cəlaloğlu 3.04%
Araz Əlizadə 1.65%
Hafiz Hacıyev 1.57%
Fərəc Quliyev 1.46 %
Razi Nurullayev 0.86 %.
Sorğu respublika üzrə 350 seçki məntəqəsində və 48 dairədə keçirilib