Rövşən Ağayev: Əvvəlcə hüquqi əsas olmaya-olmaya pul veriblər, sonradan isə verdikləri pulu rəsmiləşdirmək üçün qanuna dəyişiklik edirlər
“Mərkəzi Bank haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur.
APA yazır ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev məlumat verib.
Aftandil Babayev deyir ki, Mərkəzi Bankın funksiyalarına “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kreditin verilməsi də daxil edilib:
“3.4-1-ci maddəyə əsasən, Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” qanun ilə tənzimlənəcək”.
İqtisadçı Rövşşən Ağayev bununla bağlı “facebook”da fikirlərini bölüşüb. Bildirib ki, bu dəyişikliyə qədər Mərkəzi Bank tərəfindən Fonda 100 milyon manat ayrılıb:
“Yəni əvvəlcə hüquqi əsas olmaya-olmaya pul veriblər. Sonradan isə verdikləri pulu rəsmiləşdirmək üçün qanuna dəyişiklik edirlər. Hüquqi dövlət belə olar”.